...

İsrail Yəmənin Hodeydə limanına zərbələr endirməyə hazırlaşır: əhali xəbərdar olunub

Dünya xəbərləri Materials 16 Sentyabr 2025 17:07 (UTC +04:00)
İsrail Yəmənin Hodeydə limanına zərbələr endirməyə hazırlaşır: əhali xəbərdar olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Yəmənin Hodeydə limanına zərbələ endirməyə hazırlaşdığını elan edib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Edrai öz Telegram-kanalında paylaşım edib.

“Sizin təhlükəsizliyiniz məqsədilə, Hodeydə limanında olan və limana yan almış gəmilərdə olan şəxsləri dərhal olduqları yeri tərk etməyə çağırırıq”, - o yazıb.

O bildirib ki, IDF yaxın saatlarda Husilərin nəzarətində olan Yəmən zərbələr endirəcək və sakinlər təcili təxliyə olunmalıdır.

Bundan əvvəl İsrail baş naziri İsrail müdafiə qüvvələrinin Qəzza şəhərində iri miqyaslı əməliyyatlara hazırlaşdığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti