Bakı. Trend:
Madriddə ikigünlük danışıqlardan sonra Çin və ABŞ razılaşıblar ki, "TikTok"un ABŞ-dəki törəmə şirkəti öz ana şirkəti "ByteDance"in alqoritmindən istifadə edəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, "ByteDance" ABŞ-də "TikTok"un məlumatlarının və məzmununun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcək
Xatırladaq ki, iyulun 5-də Tramp "TikTok"un satin alınması ilə bağlı sövdələşməyə hazır olduğunu açıqlayıb.