...

İsrail daha Qətərə zərbə endirməyəcək - Tramp

Dünya xəbərləri Materials 16 Sentyabr 2025 05:29 (UTC +04:00)
İsrail daha Qətərə zərbə endirməyəcək - Tramp

Bakı. Trend:

İsrail daha Qətərə zərbə endirməyəcək.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, çoxları bilməsə də Qətər ABŞ-ın çox yaxşı müttəfiqidir.

ABŞ Prezidenti həmçinin İsrailin Qətərə hücum edəcəyi ilə bağlı əvvəlcədən xəbərinin olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti