...

Xarici şirkət Azərbaycanda sosial-iqtisadi strategiya və iri layihələrə 9,6 milyon manatlıq məsləhətçi dəstək göstərəcək

İqtisadiyyat Materials 16 Sentyabr 2025 17:41 (UTC +04:00)
Xarici şirkət Azərbaycanda sosial-iqtisadi strategiya və iri layihələrə 9,6 milyon manatlıq məsləhətçi dəstək göstərəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə ABŞ-in “McKinsey and Company (Azerbaijan) Inc.” şirkətinin Azərbaycandakı filialı arasında müqavilə bağlanılıb.

Trend-in məlumatına görə, müqaviləyə əsasən, sözügedən şirkət Azərbaycanda sosial-iqtisadi strategiya və iri layihələrə məsləhətçi xidmətləri göstərəcək.

Belə ki, qeyd olunan şirkət “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə hüquqi çərçivənin təkmilləşdirilməsi”, “Dəniz suyunun duzsuzlaşdırılması”, “Yaşıl Sənaye Zonasının Yaradılması”, “İnvestisiyaların sürətləndirilməsi çərçivəsinin hazırlanması”, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstək” layihələri üzrə məsləhətçi xidmətlərini icra edəcək.

Bağlanmış müqaviləyə əsasən, bəhs olunan işlərin müqabilində şirkətə 9,6 milyon manat ödəniləcək.

Qeyd edək ki, işlərin həvalə olunduğu “McKinsey and Company (Azerbaijan) Inc.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gursoy Mehmet Murat Kutalmıs adlı şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti