Bakı.Trend:
ABŞ-nin prezidenti Donald Tramp qarayaxma və böhtanla bağlı “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq təzminat davası açıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Tramp “The New York Times”ı “solçu-radikal Demokratik partiyanın ruporu” və “ölkənin ən bərbad qəzetlərindən biri” kimi qələmə verib.
O, Florida məhkəməsinə nəşrə qarşı 15 milyard dollarlıq təzminat tələb edən iddia ərizəsi təqdim olunduğunu diqqətə çatdırıb.
Əsas ittiham kimi o, 2024-cü ilin prezident seçkiləri zamanı qəzetin ona və ailə üzvlərinə qarşı böhtanlar yazması, eləcə də onun rəqibi olan keçmiş vitse-prezident Kamala Harrisə açıq aşkar dəstək göstərməsini qeyd edib.