Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək
fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə
yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi
gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel
keçəcəyi ehtimal olunur.