...

Cari il ərzində müxtəlif peşə ixtisasları üzrə ümumilikdə 226 müraciət daxil olub - Sədr

Cəmiyyət Materials 16 Sentyabr 2025 11:45 (UTC +04:00)
Cari il ərzində müxtəlif peşə ixtisasları üzrə ümumilikdə 226 müraciət daxil olub - Sədr
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub.

Trend xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, qeyd edilən peşələr “Aşpaz,“Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər olub: “
Müraciət edən vətəndaşlardan 200 nəfəri
tərəfimizdən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.
Qeyd edək ki, QFİTT üzrə qiymətləndirmə və tanınma aşağıda qeyd olunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib”.

Xəbər lenti

Xəbər lenti