...

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

İdman Materials 16 Sentyabr 2025 12:40 (UTC +04:00)
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.

Trend xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada “Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti