Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Tramp Ukraynalı həmkarı Volodimir Zelenski ilə gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşə bilər.
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Tel-Əvivdən Dohaya yollanan zaman jurnalistlərə verdiyi açıqlamada deyib.
“Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı və görüşü olub, yəqin ki, onlar bir daha gələn həftə Nyu-Yorkda görüşəcəklər”, -deyə Amerika diplomatiyasının rəhbəri bildirib.