Bakı. Trend:
Braziliya millisinin üzvü Renan Lodi "Beşiktaş"a keçə bilər.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Türkiyəyə yollanmaq variantına sahibdir.
Məlumata görə, 27 yaşlı futbolçu özü də Superliqada oynamaq niyyətindədir. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bəlli olacaq.
Lodi karyerası ərzində “Atletiko Paranaense”, “Atletiko”(Madrid), “Nottingem Forest”, “Marsel”, “Əl-Hilal” klublarında oynayıb.
Hazırda isə braziliyalı azad agent stausundadır.