...

Formula 1 səbəbindən Mərkəzi Bankın “Nağd pul ofisi” iki gün işləməyəcək

İqtisadiyyat Materials 16 Sentyabr 2025 16:57 (UTC +04:00)
Formula 1 səbəbindən Mərkəzi Bankın “Nağd pul ofisi” iki gün işləməyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.

Qeyd edilib ki, əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti