Bakı. Trend:
Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.
Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil
telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat
pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis
əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar davam etdirilir.