...

Kolumbiya ABŞ-dən silah almağı dayandıracaq

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 00:20 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiya Vaşinqtonun Boqotanı narkotik ticarəti ilə mübarizədə müttəfiqlər siyahısından çıxarmaq qərarına cavab olaraq ABŞ-dən silah almağı dayandırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Kolumbiya prezidenti Qustavo Perto deyib.

"Kolumbiya ordusunun ABŞ-dən asılılığına son qoyulur", - deyə o bildirib.

Onun sözlərinə görə, Kolumbiyanın silahlı qüvvələri daha çox öz silahlarının alınmasına güvənməlidir..

Lakin Kolumbiya prezidenti konkret təfərrüatlar açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti