...

Günəş küləyinin sürəti ekstrimal səviyyəyə çatıb - maqnit qasırğaları gözlənilir

Dünya xəbərləri Materials 16 Sentyabr 2025 20:44 (UTC +04:00)
Günəş küləyinin sürəti ekstrimal səviyyəyə çatıb - maqnit qasırğaları gözlənilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəş küləyinin günün əvvəlindən qeydə alınan sürəti 750 km/saatı ötüb ki, bu isə ekstrimal göstərici hesab olunur.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Lakin laboratoriyanın tədqiqatçılarına görə, bu hadisə Yer üzərində ciddi nəticələrə səbəb olmayıb, çünki günəş küləyinin sürəti artsa da, onun maqnit sahəsinin enerjisi kəskin şəkildə azalıb və bu da maqnitosferə təzyiqi zəiflədib.

Bunun fonunda səhər saatlarında Yer üzərində yeni G1 (zəif) səviyyəli maqnit qasırğası qeydə alınıb. O, geomaqnit aktivliyindəki qısa fasilədən sonra Bakı vaxtı ilə 04:00–07:00 aralığında baş verib.

Alimlərin qeyd etdiyinə görə, planet dəyişmiş planetlərarası mühit

parametrləri ilə qeyri-sabit tarazlığa çatıb. Əvvəllər qeydə alınmış G3 səviyyəli daha güclü pozuntulardan fərqli olaraq, bu dəfə Yerin maqnit sahəsinin reaksiyası zəif olub.

Yaxın iki-üç gün ərzində mövcud vəziyyətin davam edəcəyi – ayrı-ayrı zəif və orta güclü qasırğaların sakit dövrlərlə əvəzlənəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti