...

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə tarixi qələbə ilə başlayıb (YENİLƏNİB-6)

İdman Materials 17 Sentyabr 2025 00:56 (UTC +04:00)
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə tarixi qələbə ilə başlayıb (YENİLƏNİB-6)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.

Trend xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələdə mübarizəyə başlayıb.

Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olub. "Da Luş" stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.

Oyuna inamsız başlayan "Qarabağ" 6 və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

00:52

xxx

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcək.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda beşinci qol vurulub.

Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk vurub.

xxx

00:12

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.

Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 48-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kamilo Duran fərqlənib.

xxx

23:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda üçüncü qol vurulub.

Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 30-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade rəqibi cəzalandırıb.

xxx

23:24

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.

Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Vangelis Pavlidis diqqət mərkəzinə düşüb.

xxx

23:13

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda hesab açılıb.

Trend xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.

xxx

23:03

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.

Trend-in məlumatına görə, Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti