Bakı. Trend:
Cari ilin yanvar–avqust aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 2,4 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,6 milyon dollar və ya 10,1 % çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata əsasən, hesabat dövründə Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkə Rusiya olub. Belə ki, cari ilin ilk səkkiz ayında Rusiyaya qeyri-neft məhsulları üzrə ixrac 814,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,1 milyon dollar və ya 8,2 % çoxdur.
Rusiyaya qeyri-neft ixracı Azərbaycanın ümumi ixracının 33,93 %-ni təşkil edib.
Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb - bu ölkəyə 394,5 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac olunub.
Üçüncü yerdə isə 220,2 milyon ABŞ dolları həcmində məhsul ixrac edilmiş İsveçrədir.
Aşağıda 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələrin siyahısı təqdim olunur:
Ölkə |
(min ABŞ dolları) |
Ümumi dövriyyədən faiz |
Rusiya |
814 099.97 |
33.93 |
Türkiyə |
394 548.89 |
16.44 |
İsveçrə |
220 191.02 |
9.18 |
Gürcüstan |
216 377.50 |
9.02 |
Ukrayna |
131 766.19 |
5.49 |
BƏƏ |
71 673.28 |
2.99 |
Qazaxıstan |
65 718.10 |
2.74 |
Belarus |
52 028.07 |
2.17 |
ABŞ |
44 586.55 |
1.86 |
Özbəkistan |
43 193.42 |
1.80 |