Bakı. Trend:
İsrail heç bir mümkün beynəlxalq məhdudiyyətdən asılı olmayan özünü təmin edən müdafiə sənayesi kompleksi yaradacaq.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu ölkə iqtisadiyyatına həsr olunan mətbuat konfransında deyib.
"Biz müstəqil və güclü müdafiə sənayesi yaradacağıq — o qədər güclü və dayanıqlı olacaq ki, hər cür beynəlxalq siyasi məhdudiyyətə tab gətirə biləcək və İsrailin təhlükəsizliyini təmin edəcək", - deyə o bildirib.