...

Mingəçevirdə bədbəxt hadisə: avtomobil yolu keçən ana və övladını vurub

Hadisə Materials 17 Sentyabr 2025 12:05 (UTC +04:00)
Mingəçevirdə bədbəxt hadisə: avtomobil yolu keçən ana və övladını vurub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.

Trend-in yerli bürosunun xəbərinə görə, şəhər ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Xəyal idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayəni və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.

Yaralılar Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti