Bakı. Trend:
Azərbaycan şəhər yerlərindən ibarət deyil. Həyəcan təbili çalmasaq növbəti 10 ildə kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, kəndlilər gəlib kənd məhsullarını şəhərin mərkəzində alırlarsa, bu artıb problemdir.
“Şəhərdə yaşayan keçmiş məcburi köçkünlər də qayıtdıqda kənd yerinə öyrəşə bilmirlər. Biz elə etməliyik ki, o yerlər şəhər mühitinə uyğunlaşsın”, - deyə N.Həmzəyev qeyd edib.