...

Xidmətlər balansında 1 milyard dollarlıq kəsir yaranıb - AMB

İqtisadiyyat Materials 17 Sentyabr 2025 11:03 (UTC +04:00)
Xidmətlər balansında 1 milyard dollarlıq kəsir yaranıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında xidmətlər balansında təxminən 1 milyard dollarlıq kəsir yaranıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,7% azdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, kəsiri şərtləndirən əsas amil neft-qaz sektorunda tikinti və digər işgüzar xidmətlərlə bağlı olub: "Lakin sevindirici hal odur ki, artıq nəqliyyat xidmətləri daimi profisitlə formalaşır. Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti 856 milyon dollar təşkil edib. Nəqliyyat xidmətləri dedikdə biz, əsasən, həm Bakı-Tbilisi-Ceyhan (BTC), həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə tranzit, həm də sərnişin daşımalarından qazanılmış gəlirləri nəzərdə tuturuq".

"Turizm xidmətləri də profisitlidir. Bu dövrdə turizm xidmətlərinin profisiti təxminən 194 milyon dollar təşkil edib", - deyə S. Nəsirov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti