...

Milli Məclisdə “Böyük Qayıdış”la bağlı dinləmələr keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2025 09:30 (UTC +04:00)
Milli Məclisdə “Böyük Qayıdış”la bağlı dinləmələr keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsində müxtəlif mövzulu ictimai dinləmə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bununla bağlı məlumat komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Belə ki, sessiya müddətində komitədə aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur:

  • “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda dəyirmi masa
  • İnsan hüquqları profilli vətəndaş cəmiyyəti təsisatları ilə birgə əməkdaşlığın vəziyyəti və ortaq fəaliyyətin inkişafına həsr edilən dəyirmi masa
  • “Vəkillik institutu - vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda dəyirmi masa
  • “Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər - Azərbaycandan baxış” mövzusunda dəyirmi masa
  • ANAMA ilə birgə “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda görüşlər
  • Ədliyyə Nazirliyi ilə birgə “Cinayət qanunvericiliyinin icra vəziyyəti”nə dair dinləmələr, görüşlər
  • “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə
  • İşğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələr
  • “Qlobal insan hüquqları” adlanan siyasi ideoloji qurumların - USAİD və s.-qapadılması, “beynəlxalq insan hüquqları” konseptinin böhranı” mövzusunda beynəlxalq İnsan hüquqları QHT-lərinin Azərbaycana qarşı uzun illər apardığı qərəzli fəaliyyətlə bağlı müzakirə və dinləmələr
  • “Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar,cavablar” mövzusunda konfrans
  • “Süni intellekt və insan hüquqları” mövzusunda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinə həsr olunan tədbir
  • 8 avqust 2025-ci il tarixli Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli görüşləri, əldə olunan razılaşmalarda etimad mühiti quruculuğunun insan hüquqları konteksti-nifrət nitqindən imtinaya dair çağırışların, təhlil sənədlərinin hazırlanması
  • Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dünya azərbaycanlıları, milli diaspor təşkilatlarının hüquqları və parlamentin rolu” mövzusunda tədbir
  • “Qərb cəmiyyətlərində radikal miqrasiya siyasəti - fundamental insan hüquqlarının dərin böhranı: mövcud təcrübələrin dəyərləndirilməsi” mövzusunda vebinar

Dekabr 3-də Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlillərin sosial-hüquqi müdafiəsi: qanunvericilik və islahatlar”, dekabrın 10-da isə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

Dekabr 28-də isə Azərbaycanda Vəkillər Günü münasibətilə Vəkillər Kollegiyası ilə birgə konfransın keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti