...

Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 2,6 milyard dollar olub

İqtisadiyyat Materials 17 Sentyabr 2025 11:27 (UTC +04:00)
Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 2,6 milyard dollar olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında qarşılıqlı xidmətlər dövriyyəsinin 27.9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.6 milyard olan nəqliyyat xidmətlərinin 66.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.7 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin
dəyəri isə 866.1 milyon doar təşkil edib: "Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% artıb, idxalı isə 7.0% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 53.0% artaraq 856.4 milyon dollar olub".

"Nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 6 ayında 559.8 milyon dollar təşkil edib", - deyə məlumatda əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti