...

Enerji balansı üzrə işçi qrupun tərkibi genişləndirilib: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib

Cəmiyyət Materials 17 Sentyabr 2025 12:46 (UTC +04:00)
Enerji balansı üzrə işçi qrupun tərkibi genişləndirilib: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 1 may 2024-cü il tarixli qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda "enerji balansı" ilə bağı işçi qrupunun tərkibi genişləndirilib.

"Enerji balansı"nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə yaradılmış işçi qrupunun tərkibinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji", "Azərişıq" və "Azəristiliktəchizat" ASC-lərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti