...

Çində iki uçan maşın toqquşub

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Çançun şəhərində keçiriləcək aviaşouya hazırlıqlar zamanı “Xpeng” şirkətinə aid iki uçan maşın bir-birilə toqquşub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, uçan maşınlar məşqlər zamanı bir-birinə çox yaxın məsafəyə qədər yaxınlaşıb və nəticədə toqquşub. Sosial şəbəkələrin yerli seqmentində yayılan görüntülərdə qəzaya uğramış uçan maşınlardan birindən qatı qara tüstünün havaya qalxdığı əksini tapıb.

Hadisə yerinə xilasedicilər səfərbər olunub. Zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti