Bakı. Trend:
ABŞ-nin Yuta ştatının prokuroru Cef Qrey mühafizəkar Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinsona ölüm cəzası istəyib.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.
"Mən ölüm hökmünün çıxarılmasına dair vəsatət qaldırıram", - deyə Ç.Qrey bildirib.
Prokuror qeyd edib ki, bu qərar “yalnız mövcud sübutlara, törədilmiş cinayətin hallarına və xarakterinə əsaslanır” və onun tərəfindən müstəqil qəbul edilib.
Yuta ştatının qubernatoru Spenser Koks sentyabrın 12-də keçirdiyi mətbuat konfransında FTB-nin fəal Çarli Kirkin qətlində şübhəli bilinən 22 yaşlı Tayler Robinsonu həbs etdiyini açıqlayıb.