...

Tramp ABŞ-da "TikTok"un bloklanmasını dekabrın 16-dək təxirə salıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 04:08 (UTC +04:00)
Tramp ABŞ-da "TikTok"un bloklanmasını dekabrın 16-dək təxirə salıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində Çin tətbiqi TikTok-un bloklanmasının təxirə salınmasını 2025-ci il dekabrın 16-dək uzatmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə mübafiq fərman Ağ Evin saytına yerləşdirilib.

Sənəddə qeyd olunur ki, göstərilən müddət ərzində ABŞ hakimiyyəti ByteDance şirkəti xidməti satmağa razılaşmadığı halda TikTok-un qadağan edilməsini tələb edən qüvvədə olan qanunvericiliyə əsasən nəzərdə tutulan addımları atmayacaq.

Beləliklə, Çin tərəfinin Vaşinqtona uyğun həll yolunu tapmaq üçün əlavə vaxtı var. Möhlət müddətinin uzadılması sosial şəbəkənin Amerika bazarında taleyi ilə bağlı yekun qərarın verilməsini effektiv şəkildə təxirə salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti