Bakı. Trend:
Ekspertlər mümkün nüvə armageddonu təhlükəsini maksimum dərəcədə yüksək qiymətləndirirlər.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən VIII Dünya və ənənəvi dinlər konqresində danışıb.
“Nüvə münaqişəsi riski ciddi narahatlıq doğurur. Ekspertlər tərəfindən nüvə armageddonu təhlükəsi son onillikdə maksimal dərəcədə yüksək qiymətləndirilir. Təəssüf ki, konstruktiv təşəbbüslər və gərginliyin azaldılması siyasəti əvəzinə qarşıdurmaya əsaslanan qərarlar sürətlə güclənir”,- deyə Tokayev bildirib.
Qazaxıstan prezidenti həmçinin, ticarət və sanksiya müharibələrinin təhlükəsi barədə dünyanı xəbərdar edib və ölkələri münaqişələrin həllində ilk növbədə diplomatiyaya güvənməyə çağırıb.