...

Netanyahu ABŞ-yə yenidən səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 01:17 (UTC +04:00)
Netanyahu ABŞ-yə yenidən səfər etməyi planlaşdırır

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yenidən görüşməyi planlaşdırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Netanyahu İsrail iqtisadiyyatındakı vəziyyətə həsr olunan mətbuat konfransında deyib.

"Tramp məni Ağ Evə dəvət etdi. Bu, iki həftədən sonra, mənim BMT Baş Assambleyasında çıxışımdan sonra olacaq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti