Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qətərdə HƏMAS-a zərbə endirməsini haqlı adlandırıb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
Onun sözlərinə görə, Yaxın Şərq münaqişəsinin həllində vasitəçi kimi çıxış edən Qətər sığınacaq verir, təşkilatçı qüvvə kimi çıxış edir və HƏMAS-ı maliyyələşdirir.
"Qətər istəsəydi, HƏMAS-a çox asanlıqla təzyiq göstərə bilərdi və bu, bizə müharibənin ilk aylarında bütün girovlarımızı azad etməyə kömək edərdi", - deyə baş nazir bildirib.