...

ABŞ "AMRAAM" raketlərinin Niderlanda mümkün satışını təsdiqləyib

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 01:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Niderlandın "AMRAAM" (Advanced Medium Menzilge Air-to-Air Missile) tipli hava-hava raketləri və müvafiq avadanlıqların ümumilikdə 570 milyon dollar dəyərində mümkün satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Niderland hökuməti daha əvvəl ABŞ-dən 232 "AMRAAM" raketi və səkkiz bələdçi sisteminin alınmasına dair sorğu göndərib. Bəyanatda deyilib ki, Niderland satış NATO müttəfiqinin müdafiəsini gücləndirməklə “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti