Bakı. Trend:
Ekvadorun Kuenka şəhərində 90 mindən çox insan qızıl hasilatı layihəsinə etiraz edib.
Trend-in məlumatına görə, bu barədə Kuenka şəhərinin meri Kristian Samora "X" sosial şəbəkədində yazıb.
"90.000-dən çoxu yüksək səslə və aydın danışdı. Atalarımızın torpağını müdafiə edən azad şəhərin reaksiyası bizi şoka salıb", - deyə o bildirib.
Etirazçılar deyirlər ki, 580 min əhalisi olan Kuenkanın cənub-şərqindəki qızıl mədən layihəsi su təchizatını çirkləndirəcək. Samora bildirib ki, o, regional şuraya sentyabrın 16-nın su və yerli paramo ekosistemi qorumaq günü elan edilməsi təklifini təqdim etmək niyyətindədir.