Xocalı. Trend:
Bugünkü günümüzə şükürlər olsun. Prezident İlham Əliyevə Allah can sağlığı versin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Hər bir şəhid ailəsi və şəhid anasını evimizdə qonaq kimi görmək istəyirik. İstəyirik ki, bizə qonaq gəlsinlər, onlara qulluq edək. Onların şəhid balaları bütün Azərbaycan xalqının övladıdır. Şəhidlərimizin qanı bu torpaqlara tökülüb.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xocalı rayonun Daşbulaq kənd sakini İlhamə Novruzova bildirib.
O, köçkünlük illərinin geridə qaldığını, yaşadığı bu qürurlu günləri bütün məcburi köçkünlərə arzulayır.
İlhamə Novruzova həmçinin bildirib ki, çox gözəl gündür, biz artıq öz evimizdə yaşayırıq.
"Bakı sakinlərinə də təşəkkür edirik. İllərlə bizə qucaq açdılar, haqqınızı halal edin. Bir gün, iki gün yox, 40 ilə yaxındır ki, Bakıda yaşayırdıq. Artıq Qarabağdayıq. Biz də onlara qapımızı açırıq və onları qonaq kimi gözləyirik".