...

KazMunayQaz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracını bərpa edib

Energetika Materials 17 Sentyabr 2025 15:17 (UTC +04:00)
KazMunayQaz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracını bərpa edib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sistemi ilə neft ixracını bərpa edib.

Trend xəbər verir ki, bu barədə şikərtin mətbuat xidməti məlumat yayıb.

“Sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib, növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, cari ilin avqust ayında bu marşrutla nəql dayandırılmışdı.

2025-ci ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

2022-ci ildə KMG ilə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR arasında Qazaxıstan neftinin tranziti barədə saziş imzalanıb.

2024-cü ildə isə KMG və SOCAR Azərbaycan Respublikası ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti