Bakı. Trend:
2025-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, keçirilən səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 9 namizəd ANAMA yanında İctimai Şuranın üzvü seçilib.
Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, maarifləndirmə, minadanzərəçəkənlərə yardım, ölkəmizin mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdirlər.
|
ANAMA yanında İctimai Şuraya üzv seçilmiş namizədlər |
||
|
Say |
Adı |
Təmsil olunduğu vətəndaş cəmiyyəti |
|
1 |
Həsənov Emil Möhtəbər oğlu |
Azərbaycan Respublikası vətəndaşları (jurnalistlər və hüquqşünaslar) təşəbbüs qrupu |
|
2 |
Əzimzadə Hafiz Səlim oğlu |
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi |
|
3 |
Quliyeva Könül Fərhad qızı |
“Uşaqların Gələcəyi Naminə” İB və “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri |
|
4 |
Mehdiyev Rəşad Azad oğlu |
“Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədri |
|
5 |
Mərcanlı Musa Fehruz oğlu |
İRS-Heritage jurnalının təsisçisi və rəhbəri |
|
6 |
Mirzəyev Umud Rəhim oğlu |
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti |
|
7 |
Piriyev Tural Fərman oğlu |
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru |
|
8 |
Səfixanlı Roza Hafiz qızı |
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi |
|
9 |
Vəliyeva Xatirə Yusif qızı |
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri |