Xocalı. Trend:
Biz öz torpaqlarımıza qayıtdığımız üçün şəhidlərimizin də ruhu şaddır.
Trend-in Xocalıya ezam olunan müxbiri xəbər verir ki, bu sözləri Xocalı rayon Badara kənd sakini Çiçək Nurməmmədova media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, sağ olsun Ali Baş Komandan, Prezident İlham Əliyev şəhidlərin qanını yerdə qoymadı:
"Allah torpaq uğrunda şəhid olan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Allah ordumuzu qorusun. Ordumuzun gücü-qüdrəti, Ali Baş Komandanın siyasəti nəticəsində bu torpaqlara qayıtdıq. Onların sayəsində şəhidlərimizin ruhu rahatlıq tapdı. Mən bu gün öz torpağıma qayıtdığım üçün çox sevincliyəm".