...

Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir

Cəmiyyət Materials 17 Sentyabr 2025 15:58 (UTC +04:00)
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

ADY-dən Trend-ə verilən məlumata görə, oktyabrın 11-dən etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

“Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti