...

Avrozonada avqust ayı üçün olan inflyasiya göstəriciləri açıqlanıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 16:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avrozona ölkələrində avqust ayında istehlak qiymətləri illik ifadədə 2% artıb

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi "Eurostat" hesabat dərc edib.

Hesabata əsasən keçən ay ərzində ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymət artımı illik ifadədə 3,2%-ə qədər yavaşlayıb, iyulda bu göstərici 3,3% idi; xidmətlərin qiyməti isə 3,1%-ə qədər azalıb (öncəki ay bu göstərici 3,2% olub). Sənaye məhsullarının qiyməti iyulda olduğu kimi 0,8% artıb, enerji daşıyıcıları isə 2% ucuzlaşıb (iyulda bu göstərici 2,4% olub).

Ərzaq məhsulları və enerji daşıyıcılarının qiymətini nəzərə almadan istehlak qiymətlərinin artımı (CPI Core indeksi) avqustda illik ifadədə 2,3% səviyyəsində qalıb və bu ardıcıl olaraq dördüncü ay davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti