Bakı. Trend:
“Srvena Zvezda” klubunun və Serbiyanın Futbol üzrə Milli Komandasının keçmiş futbolçusu Deyan Milovanoviç veteranlarla keçirilən matç zamanı vəfat edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə 41 yaşlı futbolçu oyunun yeddinci dəqiqəsində vurduğu qolla seçilsə də, bir neçə dəqiqədən sonra huşunu itirib. Təcili tibbi yardım xidmətinin həkimləri hadisə yerinə onu həyata qaytarmağa çalışsalar da, bütün səylər boşa gedib.
Ölüm səbəbi kimi ilkin olaraq ürək çatışmazlığı versiyası göstərilir.