...

Almaniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 17 Sentyabr 2025 15:43 (UTC +04:00)
Almaniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya ümumilikdə 445,3 milyon dollar həcmində 841,9 min ton neft və bitum süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 milyon ABŞ dolları və ya 9,6% çox, həcminə görə isə 223,5 min ton və ya 36,1% artım deməkdir.

Ötən ilin birinci yarısında Azərbaycandan Almaniyaya 406,3 milyon ABŞ dolları həcmində 618 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Almaniya Azərbaycandan ən çox neft ixrac edilən ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, bu ilin yanvar–avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,396 milyard ABŞ dolları məbləğində və 15,925 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti