Bakı. Trend:
Gürcüstanın Batumi şəhər məhkəməsi “Netflix” studiyasının haqqında “Tinderli dələduz” sənədli filmini çəkdiyi Saymon Levayev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən ötən gün əsl adı Şimon Hayut olan, İsrailli Levaev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. O, 2022-ci ildə Amerika striminq xidməti "Netflix" tərəfindən yayımlanan “Tinderli dələduz” adlı sənədli film sayəsində məşhurlaşıb. Filmdə Levaevlə tanışlıqdan sonra onun qurbanına çevrilən qadınların hekayələri təqdim olunur. Levaev özünü varlı bir şəxs kimi qələmə verir, etibar qazandıqdan sonra qadınlara hədə-qorxu gəlirdi.
Qeyd edək ki, 2019-cu ildə o, saxta pasportla Yunanıstanda saxlanılıb İsrailə ekstradisiya edilmişdi.