Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, idarə və müəssisə rəhbərlərinin, icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciətləri dinlənilib.
Qəbulda əvvəlcədən müraciət etmiş sakinlər iştirak ediblər. Müraciətlər məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, səhiyyə xidmətləri və digər məsələləri əhatə edib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.