...

Fiziki şəxslər üçün gəlir vergisinin aşağı dərəcədə tətbiq edilməsi təklif olunur

Cəmiyyət Materials 17 Sentyabr 2025 11:45 (UTC +04:00)
Fiziki şəxslər üçün gəlir vergisinin aşağı dərəcədə tətbiq edilməsi təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün güzəştin müddəti başa çatır. Bu, xüsusilə özəl sektorun inkişafı və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu məsələ özünü əmək müqavilələrinin sayında göstərib:

“Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın. Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə vergi dərəcələrinin artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər. Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda, daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti