Bakı. Trend:
2019-2024-cü illərdə rəsmi əmək münasibətlərinin sayında 33,6% artım müşahidə olunub. Bu artım qeyri-neft sektorunun özəl bölməsində 82,1% təşkil edib.
Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, cəmi əmək müqavilələrinin sayında 471 min, o cümlədən, qeyri-neft özəl sektorda 443 mindən çox yeni əmək müqaviləsi deməkdir.
"Əgər əvvəl özəl sektorun cəmi əmək müqavilələrində payı 38,5% idisə, islahatdan sonra bu 52,5%-ə çatıb. Bu təbii ki, əmək haqqı fondunda da artımla müşaiyət edilib. 2024-cü ildə cəmi əmək haqqı fondu 24,1 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə edilərsə, ümumilikdə 2,5 dəfə, qeyri-neft özəl sektorda isə 2,7 dəfə artım müşahidə olunur.
Nəticədə sosial yığımların həcmi son 6 ildə 2,5 dəfə artıb", - məlumatda qeyd edilib.