...

Altı ayda Azərbaycan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırılıb

İqtisadiyyat Materials 17 Sentyabr 2025 10:30 (UTC +04:00)
Altı ayda Azərbaycan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3,2 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkəyə birbaşa xarici investisiyaların həcmində ən çox yatırımlar Birləşmiş Krallıq, Türkiyə, Kipr, İsveçrə və İrandan edilib.

Samir Nəsirov həmçinin qeyd edib ki, Azərbaycandan isə xaricə 3,4 milyard ABŞ dolları kapital repatriasiyası həyata keçirilib. Onun sözlərinə görə, bunun böyük hissəsi xam neft və təbii qaz formasında ixrac edilir.

AMB rəsmisi eyni zamanda vurğulayıb ki, Azərbaycan xarici iqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb.

"Ölkəmizdən xaricə birbaşa investisiyalarda ilk 5 ölkədə İsrail (543 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), ABŞ (78 milyon dollar) və Gürcüstan (77 milyon dollar) qərarlaşıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti