Bakı. Trend:
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ilkin tədqiqatını və məhkəmə ekspertizasını aparan laboratoriyaların texniki təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək.
Trend xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, icra müddəti 2025-2030-cu illəri əhatə edəcək.
Ədliyyə Nazirliyi əsas icracı, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti isə digər icraçı qurumlar kimi təyin edilib.