Bakı. Trend:
Bu ilin birinci yarımilində Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,623 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 946 min ABŞ dolları və ya 26,5% azdır.
Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.
Həmçinin cari ilin ilk 6 ayında Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,073 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 9,536 milyon ABŞ dolları və ya 4,7 dəfə artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,3% təşkil edib. Bununla da Fransa dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 9-cu pillədə qərarlaşıb.
2024-cü ilin birinci yarımilində Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,569 milyon ABŞ dolları, əks istiqamətdə isə 2,537 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.