...

SOCAR tərəfindən “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün təcrübə proqramları təşkil olunur (FOTO)

İqtisadiyyat Materials 18 Sentyabr 2025 11:05 (UTC +04:00)
SOCAR tərəfindən “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün təcrübə proqramları təşkil olunur (FOTO)
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR və “Uzbekneftegaz” şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.

Trend xəbər verir ki, layihə çərçivəsində 8–12 sentyabr 2025-ci il tarixlərində “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi” sahəsində təcrübə proqramı həyata keçirilib.

Proqram iştirakçılarının SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə görüşündə təcrübə mübadiləsinin əhəmiyyəti, tərəfdaşlıq imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olublar.

Qeyd edək ki, cari il 25–29 avqust tarixlərində “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün “Geoloji-kəşfiyyat işlərinin aparılmasının müasir üsulları və karbohidrogen ehtiyatlarının hasilatının artırılması” istiqamətində də təcrübə proqramı təşkil olunub.

Proqram qarşıdakı mərhələlərdə “Neft-qaz biznesində risklərin idarə edilməsi”, eləcə də “Neft-qaz kompleksində innovasiya fəaliyyətinin idarə olunması” mövzuları üzrə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti