...

“PostEurop” təşkilatının Baş Assambleyasının Azərbaycanda keçirilməsi təklif edilib (FOTO)

Telekommunikasiya Materials 17 Sentyabr 2025 19:24 (UTC +04:00)
“PostEurop” təşkilatının Baş Assambleyasının Azərbaycanda keçirilməsi təklif edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

Trend bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.

Xəbər lenti

Xəbər lenti