...

Pakistan səfiri "Qarabağ" klubunu təbrik edib

İdman Materials 17 Sentyabr 2025 12:16 (UTC +04:00)

Bakı. Trend:

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin "Qarabağ" futbol klubunu təbrik edib.

Trend-in xəbərinə görə, bu barədə o, özünün "X" sosial şəbəkəsində yazıb.

"Təbriklər Qarabağ!

UEFA Çempionlar Liqasındakı həyəcanlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün qürurverici bir an oldu! Komandaya gələcək oyunlarda daha böyük uğurlar arzulayıram".

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti