...

Fransanın tarixi muzeyindən 6 qızıl külçə oğurlanıb

İdman Materials 17 Sentyabr 2025 00:45 (UTC +04:00)

Bakı. Trend:

Parisdəki Milli Təbiət Tarixi Muzeyi bazar ertəsindən çərşənbə axşamına keçən gecə qarət edilib.

Trend-in məlumatına görə, dəyən ziyan 600 min avro təşkil edir.

Məlumat görə, soyğunçular yaxşı hazırlaşıblar və 6 qızıl külçəni apara biliblər. Hadisə ilə bağlı araşdırmanı Məhkəmə Polisinin Banditizmlə Mübarizə Briqadası aparır.

Milli Təbiət Tarixi Muzeyi Parisdəki Nəbatat bağı və Vinsen zooparkı da daxil olmaqla bir neçə muzey, laboratoriya, kitabxana və parkı özündə birləşdirən böyük elmi-tədqiqat mərkəzinin bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti